Azərbaycan polisi gücləndirilmiş iş rejiminə keçib

Posted by

Azərbaycan polisi gücləndirilmiş iş rejiminə keçibAzərbaycan polisi gücləndirilmiş iş rejiminə keçib

Azərbaycan polisi gücləndirilmiş iş rejiminə keçib

Azərbaycan polisi bu gündən gücləndirilmiş iş rejiminə keçib.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov bununla bağlı müvafiq əmr imzalayıb. Əmrə əsasən, sabah Azərbaycanda keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar polis dekabrın 22-dən 25-dək gücləndirilmiş iş rejimində xidmət aparacaq. Seçki günü ictimai asayişin təmin edilməsi ilə əlaqədar olaraq post-patrul xidməti naryadlarının sayı artırılacaq.

 

Qeyd edək ki, dekabrın 23-ü Azərbaycanda bələdiyyə seçkiləri günüdür.

 

Apa.az