Azərbaycan paytaxtında Avropa Şurasının Qonşu regionlar üzrə Siyasətinə dair yüksək səviyyəli beynəlxalq konfrans keçirilir

Posted by

Azərbaycan paytaxtında Avropa Şurasının Qonşu regionlar üzrə Siyasətinə dair yüksək səviyyəli beynəlxalq konfrans keçirilirAzərbaycan paytaxtında Avropa Şurasının Qonşu regionlar üzrə Siyasətinə dair yüksək səviyyəli beynəlxalq konfrans keçirilir

Azərbaycan paytaxtında Avropa Şurasının Qonşu regionlar üzrə Siyasətinə dair yüksək səviyyəli beynəlxalq konfrans keçirilir

Bu gün Bakıda AzərbaycanınAvropa Şurası Nazirlər Komitəsində sədrliyi çərçivəsində Avropa Şurasının Qonşu regionlar üzrə Siyasətinə dair yüksək səviyyəli beynəlxalq konfrans başlayıb.

 

APA-nın məlumatına görə, 2 gün davam edəcək konfransın keçirilməsində məqsəd Avropa Şurasının Qonşu regionlar üzrə Siyasəti çərçivəsində əldə edilmiş nailiyyətləri nəzərdən keçirmək və bu siyasətin daha da inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparmaqdan ibarətdir.

 

Qeyd edək ki, Avropa və Asiyanın kəsişməsində yerləşən və Avropa Şurasının Qonşu regionlar siyasətində iştirak edən dövlətlərlə möhkəm ikitərəfli əlaqələrə malik olan Azərbaycan təsis olunmasından etibarən Avropa Şurasının Qonşu regionlar siyasətini yaxından dəstələyir. Konfransda Avropa Şurası, üzv dövlətlər və Avropa Şurasının Qonşu regionlar üzrə Siyasəti proqramında iştirak edən dövlətlərin yüksək səviyyəli nümayəndələri təmsil olunurlar. Tədbirdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Avropa Şurasının Xarici əlaqələr üzrə direktoru Zoltan Taubner açılış nitqi ilə çıxış edəcəklər.

 

Apa.az