Azərbaycan parlamentinin üzvləri GUAM PA və TürkPA-nın toplantılarına qatılacaqlar

Posted by

Azərbaycan parlamentinin üzvləri GUAM PA və TürkPA-nın toplantılarına qatılacaqlarAzərbaycan parlamentinin üzvləri GUAM PA və TürkPA-nın toplantılarına qatılacaqlar

Azərbaycan parlamentinin üzvləri GUAM PA və TürkPA-nın toplantılarına qatılacaqlar

Azərbaycan Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini, parlamentin GUAM PA-dakı daimi nümayəndə heyətinin rəhbəri Elton Məmmədov, deputatlar Mirkazım Kazımov və Əli Məsimli noyabrın 9-dan 14-dək Moldovada səfərdə olacaqlar.

 

Parlamentdən APA – ya verilən məlumata görə, deputatlar Kişinyovda keçiriləcək GUAM Parlament Assambleyasının 7-ci iclasında iştirak edəcəklər.

 

Toplantıya Baltik Assambleyası, TürkPA və “Vişeqrad” ölkələrinin nümayəndələri qatılacaqlar. Sessiya çərçivəsində qurumun büro iclası keçiriləcək, GUAM ərazisində geosiyasi mühitin transformasiyası, quruma üzv dövlətlər arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılacaq.

 

Milli Məclisin digər deputatı İlham Əliyev isə TürkPA-nın İqtisadi Əməkdaşlıq Komissiyasının IV toplantısında iştirak etmək üçün noyabrın 7-dən 10-dək Qazaxıstanda səfərdə olacaq. Astana şəhərində keçirilən toplantıda quruma üzv dövlətlərdə enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə ediləcək.

 

Apa.az