Azərbaycan Parlamentində dövlət universitetlərinin özəlləşdirilməsi müzakirə edildi

Posted by

Azərbaycan Parlamentində dövlət universitetlərinin özəlləşdirilməsi müzakirə edildiAzərbaycan Parlamentində dövlət universitetlərinin özəlləşdirilməsi müzakirə edildi

Azərbaycan Parlamentində dövlət universitetlərinin özəlləşdirilməsi müzakirə edildi

Azərbaycanda dövlət universitetlərinin özəlləşdirilməsi təklif edilir. Trend-in məlumatına görə, bu barədə millət vəkili Qüdrət Həsənquliyev 2015-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib.

 

Q.Həsənquliyev qeyd edib ki, dünyada reytinqinə görə öndə duran məhz özəl universitetlərdir: “Deməli dövlət universitetlərini özəlləşdirmək lazımdır. Təhsil kreditləri vermək lazımdır ki, həmin kreditlər hesabına imkansız adamlar təhsil ala bilsinlər. Universitetlər isə əksinə, dövlət büdcəsindən maliyyələşməsin və dövlət büdcəsinə vergi ödəsin ki, müəllimlərin əməkhaqlarını artıra bilək”.

 

Trend.az