Azərbaycan parlamenti ilə UNICEF arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Posted by

Azərbaycan parlamenti ilə UNICEF arasında əməkdaşlıq məsələləri müzakirə edilibAzərbaycan parlamenti ilə UNICEF arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycan parlamenti ilə UNICEF arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Oktyabrın 22-də Milli Məclis sədrinin müavini Bahar Muradova BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı yeni nümayəndəsi Andro Şilakadze ilə görüşüb.

Görüşdə Milli Məclisdə uşaq hüquqları ilə bağlı resurs mərkəzinin yaradılması və qarşılıqlı əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Milli Məclisin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, Bahar Muradova bildirib ki, Azərbaycanın beynəlxalq təşkilatlarla əlaqələri inkişaf edir və onların arasında UNICEF-in öz yeri var. Bu qurumla parlament səviyyəsində yüksək səviyyəli əməkdaşlıq mövcuddur. İndiyədək Milli Məclisdə UNICEF-in dəstəyi ilə uşaq hüquqlarının qorunmasına həsr olunmuş bir sıra qanunlar qəbul edilib, bəzi qanunlara isə dəyişikliklər olunaraq daha da təkmilləşdirilib. B.Muradova bundan sonra da UNICEF ilə əməkdaşlığın uğurlu olacağına əminliyini ifadə edib.

Görüşdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə ölkədə uşaq hüquqlarının müdafiəsi sahəsində görülmüş işlərdən də söhbət açılıb.

A.Şilakadze Azərbaycanın sürətli inkişafından danışıb və UNICEF-in də bu inkişafa öz töhfəsini verməyə hazır olduğunu diqqətə çatdırıb. Azərbaycanda uşaq hüquqlarının müdafiəsi sahəsində qanunvericiliyi yüksək qiymətləndirən qonaq cari il noyabrın 20-də Uşaq Hüquqları Konvensiyasının 25-ci ildönümünün qeyd ediləcəyini deyib. A.Şilakadze bu əlamətdar hadisənin dünyanın bir çox ölkələrində qeyd olunacağını bildirib və bununla bağlı Milli Məclisin xüsusi iclasının keçirilməsi təklifini irəli sürüb.

 

AzərTac.az