Azərbaycan-Paraqvay əlaqələri müzakirə olunmuşdur

Posted by

Azərbaycan-Paraqvay əlaqələri müzakirə olunmuşdur

Azərbaycan-Paraqvay əlaqələri müzakirə olunmuşdur

Azərbaycan-Paraqvay əlaqələri müzakirə olunmuşdur

İqamətgahı Buenos-Ayresdə olmaqla Azərbaycanın eyni zamanda Paraqvaydakı səfiri Məmməd Əhmədzadə Asunsion şəhərinə səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Eladio Loizaga ilə görüşmüşdür.

 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə iki ölkə arasında siyasi, iqtisadi-ticarət, humanitar sahələrdə əməkdaşlıq, müqavilə-hüquq bazasının genişləndirilməsi, qarşılıqlı səfərlərin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə olunmuşdur.

M.Əhmədzadə paraqvaylı nazirə Azərbaycanın regional proseslərdəki aparıcı rolu və ölkəmizin inkişaf strategiyası barədə məlumat vermişdir. Bundan başqa, görüşdə regional məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Səfər çərçivəsində M.Əhmədzadə, həmçinin Deputatlar Palatasının sədri Xuan Bartolome Ramirez, palatanın xarici əlaqələr komitəsinin sədri Xose Maria İbanez, sənaye, ticarət və turizm komitəsinin sədri Viktor Oskar Qonzales Drakeford, Senatın xarici əlaqələr komitəsinin sədri Migel Saguier, xarici işlər nazirinin müavini Federiko Qonzales Franko, habelə Diplomatik və Konsulluq Akademiyasının baş direktorunun müavini Salvador Meden Pelaez ilə görüşmüşdür.

 

AzərTac.az