Azərbaycan nümayəndə heyəti Roma Papasının Müqəddəs Arxeologiya üzrə Şurasının sədri ilə görüşüb

Posted by

Azərbaycan nümayəndə heyəti Roma Papasının Müqəddəs Arxeologiya üzrə Şurasının sədri ilə görüşübAzərbaycan nümayəndə heyəti Roma Papasının Müqəddəs Arxeologiya üzrə Şurasının sədri ilə görüşüb

Azərbaycan nümayəndə heyəti Roma Papasının Müqəddəs Arxeologiya üzrə Şurasının sədri ilə görüşüb

İtaliyada keçirilmiş “İslam ənənəli dövlətlərdə dini birgəyaşayış. Müsəlman ölkəsində müxtəlif dinlərin yanaşı mövcudluğu: Azərbaycan təcrübəsi” mövzusunda konfransda iştirak etmək üçün bu ölkədə səfərdə olan Azərbaycan nümayəndə heyəti Roma Papasının Müqəddəs Arxeologiya üzrə Şurasının sədri, kardinal Can-Franko Ravazi ilə görüşüb.

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə çıxış edən kardinal Azərbaycan Milli Məclisi və İtaliya Senatı tərəfindən təşkil olunmuş konfransın əhəmiyyət kəsb etdiyini vurğulayıb.

 

Milli Məclisin deputatı Azər Kərimli isə bildirib ki, Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasındakı əməkdaşlıq çərçivəsində Vatikanda həyata keçirilən işlər ölkəmizdə mövcud tolerantlığa yaxşı bir baxış prizması formalaşdırır.

 

Konfransın uğurla keçdiyini deyən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı dünyada dini zəmində münaqişələrin və qarşıdurmaların tüğyan etdiyi bir vaxtda tolerantlığın, birgəyaşayışın təbliğ olunmasının əhəmiyyətindən danışıb.

 

 

Apa.az