Azərbaycan nümayəndə heyəti Balıqçılıq Təsərrüfatı Komitəsinin sessiyasında iştirak edib

Posted by

Azərbaycan nümayəndə heyəti Balıqçılıq Təsərrüfatı Komitəsinin sessiyasında iştirak edib

Azərbaycan nümayəndə heyəti Balıqçılıq Təsərrüfatı Komitəsinin sessiyasında iştirak edib

Azərbaycan nümayəndə heyəti Balıqçılıq Təsərrüfatı Komitəsinin sessiyasında iştirak edib

Azərbaycan nümayəndə heyəti İtaliyanın Roma şəhərində – BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Baş Qərargahında Balıqçılıq Təsərrüfatı Komitəsinin (COFI) 31-ci sessiyasında iştırak edib. Sessiyada Azərbaycanı ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, balıqçılığın vəziyyəti və inkişaf perspektivlərinə həsr olunmuş tədbirdə məsuliyyətli balıqçılıq kodeksinə uyğun beynəlxalq fəaliyyət planları və strategiyaları, kiçik miqyaslı balıqçılıq təsərrüfatlarının davamlı inkişafı üçün beynəlxalq qaydalar, qanunsuz, məlumatlandırılmayan və tənzimlənməyən balıq ovu üzrə məsələlər müzakirəyə çıxarılıb.

Sessiyanın işində məlumatlandırılmayan və tənzimlənməyən balıq ovunun qarşısının alınması, balıqçılıq təsərrüfatlarının davamlı idarə edilməsi, sağlam və məhsuldar ekosistemlərin qorunmasına mənfi təsir göstərən amillər, dünyada balıqçılığın inkişafına təsir edən qlobal və regional proseslər, akvakultura təsərrüfatlarının davamlı inkişafına yönəldiləcək kiçik həcmli layihələrin maliyyələşdirilməsi barədə fikir mübadiləsi aparılıb, balıq ticarəti və akvakultura üzrə Balıqçılıq Təsərrüfatı Komitəsinin alt komitələri səviyyəsində qərarlar qəbul edilib.

Qeyd edək ki, sessiyada iştirak edən Azərbaycan nümayəndə heyətini BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş direktoru Joze Qrasianu da Silva qəbul edib. Görüşdə Mərkəzi Asiya və Qafqaz regionunda, o cümlədən Azərbaycanda balıqçılıq təsərrüfatı və akvakulturanın vəziyyəti müzakirə olunub, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə ölkələrarası regional əməkdaşlığın imkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Da Silva son illər ərzində Azərbaycan və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı arasında əməkdaşlığın genişlənməsində və ölkəmiz tərəfindən bir sıra vacib olan tədbirlərin həyata keçirilməsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rolunu yüksək qiymətləndirib.

 

Trend.az