Azərbaycan Ümumdünya İqtisadi Forumunun İnsan Kapitalı İndeksi üzrə reytinqində 64-cü olub
Azərbaycan Ümumdünya İqtisadi Forumunun İnsan Kapitalı İndeksi üzrə ilk reytinqində 122 ölkə arasında 64-cü yeri (-0,157 xal) tutub.
Gün.Az-ın Forumun İnsan Kapitalı 2013 hesabatına istinadən verdiyi xəbərə görə, Azərbaycan bu reytinqdə təhsil səviyyəsinə görə 71-ci (-0,153 xal), sağlamlıq səviyyəsinə görə 94-cü (-0,414 xal), işçi qüvvəsi və məşğulluğa (-0,016 xal) və əlverişli mühitin mövcudluğuna görə 55-ci yerdə (-0,044 xal) olub.
Qeyd edək ki, İnsan Kapitalı İndeksi üzrə reytinqdə birinci yerdə İsveçrə qərarlaşıb.
Daha sonra ilk onluqda Finlandiya və Sinqapur, Hollandiya, İsveç, Almaniya, Norçeç, BB, Danimarka, Kanada sıralanıb. ABŞ isə 16-ci yerdə olub.
Qonşu ölkələrdən Rusiya 51-ci, Türkiyə 60-cı, Ermənistan 73-cü, Gürcüstan 77-ci, İran 94-cü sırada olub.