Azərbaycan Misirdə keçən Beynəlxalq Kitab sərgisində təmsil olunub

Posted by

Azərbaycan Misirdə keçən Beynəlxalq Kitab sərgisində təmsil olunubAzərbaycan Misirdə keçən Beynəlxalq Kitab sərgisində təmsil olunub

Azərbaycan Misirdə keçən Beynəlxalq Kitab sərgisində təmsil olunub

2015-ci ilin 28 yanvar tarixində Misirin Qahirə şəhərində 46-cı Beynəlxalq Kitab sərgisinin açılışı olub.

 

Trend Azərbaycan respublikasının Qahirədə yerləşən səfirliyinə istinadan məlmat verir ki, Azərbaycan sözügedən sərgidə ilk dəfə olaraq iştirak edir və bu sərgidə Azərbaycanı AR Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi təmsil edir.

 

Sərginin açılışında AR-ın Misirdəki səfiri Ş.Abdullayev, diaspora üzvləri və azərbaycanlı tələbələr iştirak ediblər.

 

46-cı Beynəlxalq Kitab sərgisinin açılışında iştirak edən Misir Ərəb Respublikasının Baş naziri İbrahim Məhləb və ölkənin bir çox rəsmiləri Azərbaycan pavilyonunu ziyarət ediblər. Baş nazir İ.Məhləb səfir Ş.Abdullayevlə görüşərək, Azərbaycanın ilk dəfə bu sərgiyə qatılması münasibətilə təbrik edib, ölkəsinin Azərbaycanla əməkdaşlığa böyük əhəmiyyət verdiyini bildirib.

 

Ümumiyyətlə, Azərbaycan pavilyonu sərgidə iştirak edən Misir ictimaiyyəti nümayəndələri tərəfindən böyük maraqla qarşılanıb.

 

AR-ın səfiri Ş.Abdullayev Misirin müxtəlif KİV-ə (OnTv, Nil Mədəniyyət və s.) müsahibə verərək, Azərbaycanın ilk dəfə Misirdə Beynəlxalq Kitab sərgisində iştirak etdiyi barədə məlumat verib, ölkəsinin mədəniyyətinin təbliği istiqamətində həmin sərginin xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib.

 

Azərbaycan pavilyonunda Qarabağ həqiqətlərinə, dövlət və dövlətçiliyimizə aid kitablar, ATM-in nəşrləri və ölkə nəşriyyatlarında çap edilən ən dəyərli kitablar, eyni zamanda AR-ın Misirdəki Səfirliyinin dəstəyi ilə tərcümə olunmuş kitablar da nümayiş olunub.

 

Beynəlxalq Kitab sərgisində müxtəlif ölkələrin, o cümlədən Azərbaycanın mədəniyyətini əks etdirən ədəbi-bədii proqramlar təşkil edilib.

 

Proqram çərçivəsində Nizami Gəncəvidən başlayaraq, müasir dövrə qədər Azərbaycan ədəbiyyatı tarixinin müxtəlif mərhələlərinə toxunulub.

 

AR-ın Misirdəki səfiri Ş.Abdullayev Misirin Kitab Sərgisinin İdarə heyətənin sədri Əhməd Mücahidlə görüşərək, Misirin Beynəlxalq Kitab sərgisində iştiraka görə Misir tərəfinə təşəkkürünü bildib və növbəti illərdə də qarşılıqlı şəkildə hər iki ölkənin sərgilərdə iştirak etməsinin əhəmiyyətindən danışıb.

 

Ə.Mücahid ölkəsinin Azərbaycanla əməkdaşlıq etməkdən məmnun olduğunu və növbəti illərdə də Azərbaycanı dəvət edəcəklərini qeyd edib. Ə.Mücahid bu il sərginin fəxri qonaq statusunda Səudiyyə Ərəbistanı Krallığının olduğunu qeyd edərək, gələn il sərginin fəxri qonaq statusunda Azərbaycanın olmasını təklif edib.

 

Səfir həmsöhbətinə göstərdiyi qayğıya və diqqətə görə təşəkkürünü bildirərək, Azərbaycanın Misirin beynəlxalq sərgilərində iştirak etməkdə maraqlı olduğunu vurğulayıb, eyni zamanda irəli sürülən təkliflərin Azərbaycan tərəfindən baxılacağını və növbəti görüşlərdə bu müzakirələri davam etdirəcəyini qeyd edib.

 

Trend.az