Azərbaycan Milli Məclisinin sədrinin Rusiyaya səfərinin tarixi məlum olub
Polad Bülbüloğlu: “Səfər çərçivəsində Oktay Əsədov Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko və Azərbaycan-Rusiya hökumətlərarası komissiyanın sədri, baş nazirin müavini Dmitri Roqozinlə də görüşəcək”
Azərbaycan Milli Məclisinin sədrinin Rusiyaya səfərinin tarixi məlum olub. Belə ki, parlament sədri Oktay Əsədov iyunun 5-6-da Moskvaya səfər edəcək. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Azərbaycın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu bildirib.
Moskvada “Parlamentskaya qazeta”nın mətbuat mərkəzində keçirilən “Yeni Azərbaycan: uğurlar, çağırışlar, perpektivlər” adlı dəyirmi masada çıxış edən səfir bildirib ki, Oktay Əsədovun səfəri Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinin dəvəti əsasında baş tutacaq: “Azərbaycan parlamentinin sədri səfər çərçivəsində Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko və Azərbaycan-Rusiya hökumətlərarası komissiyanın sədri, baş nazirin müavini Dmitri Roqozinlə görüşəcək”.
Apa.az