Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutu ilə İtaliyanın Genuya Universiteti arasında əməkdaşlığa dair Memorandum imzalanmışdır

Posted by

Aprelin 24-də Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda bu elm müəssisəsi ilə İtaliyanın Genuya Universiteti arasında əməkdaşlığa dair Memorandum imzalanmışdır.

AzərTAc xəbər verir ki, məqsəd beynəlxalq konfrans, simpozium və kollokviumlarda alim və tədqiqatçıların fikir mübadiləsini təmin etmək, hər iki müəssisə üçün maraqlı olacaq təhsil proqramlarının sənədləri, elmi araşdırmalar haqqında məlumat vermək, Genuyada təhsil alıb, təcrübə keçməyi planlaşdıran doktorantların seminar və təlimlərdə iştirakını, qısamüddətli səfərlərini təşkil etməkdir.

Tədbirdə AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun fəaliyyət istiqamətlərindən danışılmış, Memorandumun azərbaycanlı və italiyalı alimlər arasında elmi əlaqələrin genişləndirilməsinə müsbət təsiri olacağını vurğulanmışdır.

AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi, akademiyanın müxbir üzvü Teymur Kərimli Azərbaycan-İtaliya əlaqələrindən, humanitar elm sahələri üzrə aparılan işlərdən danışmışdır.

İmzalanma mərasimində çıxış edən İtaliyanın Azərbaycandakı səfiri Ciampaolo Kutillo tədbirdə iştirakından məmnunluğunu ifadə edərək, son illərdə ölkələrimiz arasında iqtisadi əlaqələrin genişlənməsi ilə yanaşı, elm sahəsində də uğurlu addımların atıldığını qeyd etmişdir.

İtaliyanın Genuya Universitetinin vitse-prezidenti Mişel Marsone hazırda təmsil etdiyi ali məktəbdə təhsil alanlar arasında azərbaycanlı tələbələrin azlıq təşkil etdiyini və humanitar elmlər sahəsində əlaqələrin genişləndirilməsinin zəruriliyini bildirərək demişdir: “Genuya Universiteti İtaliyanın ən qədim ali məktəblərindən biridir. Hazırda bu ali məktəbdə 3000-ə yaxın xarici tələbə təhsil alır. Memorandumun imzalanmasının bu əlaqələrin genişləndirilməsi üçün bir addım olduğunu düşünürəm. 2009-cu ildə ilk səfərim zamanı Azərbaycanın bir çox universitetlərində görüşümüz olmuşdur, texniki elm sahələri üzrə əlaqələr qurulmuşdur. Bu əlaqələrin humanitar sahələri də əhatə etməsi zəruridir. Çünki humanitar sahədə əlaqələrin genişlənməsi ölkələrimiz arasında mədəniyyətlərin tanınmasında əsas rol oynayır”.

Sonda Mişel Marsone AMEA-nın Fəlsəfə və Hüquq İnstitutuna Genuya Universitetinin simvolu, üzərində məşhur dünya səyahətçisi Xristofor Kolumbun gəmisinin yelkəni olan medalı təqdim etmişdir.

AzərTac.az