Azərbaycan müdafiə sahəsində yeni standartlar tətbiq edəcək

Posted by

Azərbaycan müdafiə sahəsində yeni standartlar tətbiq edəcək

Azərbaycan müdafiə sahəsində yeni standartlar tətbiq edəcək

Azərbaycan müdafiə sahəsində yeni standartlar tətbiq edəcək

Azərbaycan müdafiə sahəsində dövlət standartlarının yenilənməsi məsələsini nəzərdən keçirir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Sertifikatlaşdırma və Standartlaşdırma İnstitutunun direktoru Sabiq Abdullayev jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Azərbaycanda göstərilən sahədə yeni standartların tətbiqi yaxın iki il ərzində gözlənilir.

Abdullayev deyib: “Müdafiə sahəsində “məxfi” qrifi altında silahlara aid olan standartlar mövcuddur. Həmin standartlar hazırda MDB ölkələrində tətbiq edilir”.

 

Trend.az