Azərbaycan müdafiə nazirinin yeni müavini təyin olunub

Posted by

Azərbaycan müdafiə nazirinin yeni müavini təyin olunub

Azərbaycan müdafiə nazirinin yeni müavini təyin olunub. APA-nın hərbi mənbələrdən əldə etdiyi məlumata görə, yeni nazir müavini və Hərbi Hava Qüvvələrinin komandanı, general-mayor Ramiz Tahirovdur.

R. Tahirov Hava Hücumundan Müdafiə Qoşunlarında xidmət edib. O, bu təyinata qədər Azərbaycan Prezidentinin hərbi məsələlər üzrə köməkçisinin müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, bu gün müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı, general-mayor Altay Mehdiyev vəzifəsindən azad olunub.