Azərbaycan kibercinayətkarlıqla mübarizə sahəsində Almaniya ilə əməkdaşlıq imkanlarını araşdırır

Posted by

Azərbaycanlı mütəxəssislər Almaniyada kibercinayətkarlıqla mübarizə təcrübəsi ilə tanış olublar.

Azərbaycan Hüquq İslahatları Mərkəzindən Trend-ə verilən məlumata görə, “Almaniya Federal Ədliyyə Nazirliyinin Beynəlxalq Hüquq Əməkdaşlığı Fondu”nun (İRZ) və “Azərbaycan Hüquq İslahatları Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “Kompüter cinayətkarlığı ilə mübarizədə Almaniya təcrübəsi” layihəsinin davamı çərçivəsində Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəisi Fuad Cavadovun rəhbərlik etdiyi nümayəndə heyəti və “Azərbaycan Hüquq İslahatları Mərkəzi” İB-nin sədri Anar Bağırov Almaniyaya səfər ediblər.

Səfər zamanı həmyerlilərimiz Köln Torpaq Məhkəməsində və Köln Polis İdarəsində kibercinayətkarlıq mövzusuna dair keçirilən müzakirələrdə iştirak ediblər. Müzakirələr zamanı təcrübə mübadiləsi aparılıb, analoji cinayətlərin qarşısının alınması strategiyaları müqayisəli şəkildə araşdırılıb.

AHİM-in sədri A.Bağırov bildirib ki, səfər onlar üçün səmərəli keçib. Hüquqşünas qeyd edib ki, bu səfər özündə kibercinayətkarlıq və digər sahələrdə azərbaycanlı və alman tərəfdaşlar arasında gələcək əməkdaşlıq imkanlarını ehtiva etməklə hər iki ölkənin bu sahədəki qanunvericiliyinin öyrənilməsi baxımından əhəmiyyətlidir.

Trend.az