Azərbaycan ilə UNİCEF arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Posted by

Azərbaycan ilə UNİCEF arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycan ilə UNİCEF arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

 

Azərbaycan ilə UNİCEF arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Sentyabrın 16-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova BMT-nin Uşaq Fondunun (UNICEF) ölkəmizdəki nümayəndəliyinin yeni rəhbəri Andro Şilakadze ilə görüşüb.

AzərTAc xəbər verir ki, Hicran Hüseynova uşaq hüquqlarının təmin edilməsi və onların problemlərinin həlli məsələsinin Azərbaycanda həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu bildirib.

Komitə sədri bu sahədə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyətini diqqətə çatdıraraq bildirib ki, son illər uşaqların sağlamlıqlarının möhkəmləndirilməsi, onların müasir tələblər səviyyəsində təlim-tərbiyəsinin daha da yüksəldilməsi üçün lazımi şərait yaradılıb və hazırda bu istiqamətdə mühüm tədbirlər reallaşdırılır.

Məlumat verilib ki, Azərbaycan bir sıra beynəlxalq təşkilatların, o cümlədən UNICEF-in yaxın tərəfdaşıdır. Bu əməkdaşlıq ölkədə uşaqların inkişafı ilə bağlı mühüm layihələrin həyata keçirilməsinə və təcrübə mübadilələrinin aparılmasına təkan verir. Azərbaycan hökuməti uşaq hüquqlarının vəziyyəti ilə bağlı BMT-yə hesabat təqdim edir. Hesabatda bu sahədə mövcud problemlər və onların həlli istiqamətində həyata keçirilən tədbirlər öz əksini tapır.

Andro Şilakadze Azərbaycanda reallaşdırılan dövlət uşaq siyasətini yüksək dəyərləndirib, gələcəkdə əlaqələrin daha da genişləndirilməsinin zəruriliyini vurğulayıb.

Görüşdə Azərbaycan hökuməti ilə UNİCEF arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.

 

AzərTac.az