Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin inkişaf səviyyəsi məmnunluq doğurur

Posted by

İyunun 27-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Türkiyənin Avropa Birliyi üzrə naziri Mövlud Çavuşoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Elmar Məmmədyarov Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin inkişaf səviyyəsinin məmnunluq doğurduğunu qeyd etmişdir.

Mövlud Çavuşoğlu Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi münasibətilə Azərbaycan Respublikasını təbrik etmişdir. O, Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsində sədrlik dövrünü uğurla başa vuracağına əminliyini bildirmişdir.

Görüşdə ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli əlaqələrin daha da inkişaf etdirilməsi və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparılmış, ATƏT Parlament Assambleyasının Bakıda keçirilən 23-cü illik sessiyasının əhəmiyyəti vurğulanmışdır.

AzərTac.az