Azərbaycan ilə İtaliyanın Veneto regionu arasında münasibətlərin inkişaf perspektivləri müzakirə olunub

Posted by

Azərbaycan ilə İtaliyanın Veneto regionu arasında münasibətlərin inkişaf perspektivləri müzakirə olunubAzərbaycan ilə İtaliyanın Veneto regionu arasında münasibətlərin inkişaf perspektivləri müzakirə olunub

Azərbaycan ilə İtaliyanın Veneto regionu arasında münasibətlərin inkişaf perspektivləri müzakirə olunub

İtaliyanın Venesiya şəhərinə səfəri çərçivəsində Azərbaycanın bu ölkədəki səfiri Vaqif Sadıqov Venetonun Regional Şurasının prezidenti Luka Dzaya ilə görüşüb.

Venesiyaya səfərin Azərbaycan ilə Veneto regionu arasında indiyədək mövcud olan əlaqələri institusional və sistematik səviyyəyə yüksəltmək məqsədi daşıdığını deyən səfir bildirib ki, iqtisadi və mədəni əməkdaşlığımızın inkişafı üçün yaxşı imkanlar mövcuddur. V.Sadıqov dünyada hökm sürən maliyyə və iqtisadi böhrana baxmayaraq, son illər Azərbaycanın yüksək sosial-iqtisadi inkişaf səviyyəsinə nail olması, ölkəmiz ilə İtaliya arasında münasibətlər, Prezident İlham Əliyevin cari ilin iyulunda İtaliyaya səfərinin nəticələri və əlaqələrimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi barədə məlumat verib.

Səfir bildirib ki, İtaliyanın uzun illərdir Azərbaycanın birinci ticarət tərəfdaşı olmasında Veneto regionunun böyük rolu var. O, Venesiyanın Ka-Foskari Universitetində azərbaycanşünaslıq üzrə tədrisin olmasını təqdirəlayiq hal kimi qiymətləndirib.

Rəhbərlik etdiyi regionun tarixi, mədəniyyəti, iqtisadi potensialı və turizm imkanları barədə məlumat verən L.Dzaya ölkəmiz ilə iqtisadi, kənd təsərrüfatı və mədəni sahələrdə əməkdaşlığa maraq göstərdiyini diqqətə çatdırıb.

 

AzərTac/az