Azərbaycan ilə “Swiss Re” şirkəti arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub

Posted by

Azərbaycan ilə “Swiss Re” şirkəti arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub

Yanvarın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda “Swiss Re” şirkətinin beynəlxalq əlaqələr üzrə sədri Martin Parker ilə görüşüb.

 

APA-nın məlumatına görə, Görüşdə Azərbaycan ilə “Swiss Re” şirkəti arasında əməkdaşlığın inkişafına dair məsələlər müzakirə olunub. Ölkəmizdə sığorta bazarının inkişafı, təbii fəlakətlərdən sığortalanma, iqlimin təsiri nəticəsində kənd təsərrüfatı sahəsində baş verəcək hadisələrin qarşısının alınması ilə bağlı sığortanın təşkilinə dair fikir mübadiləsi aparılıb.

 

Apa.az