Azərbaycan ilə İsveç arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunmuşdur

Posted by

Azərbaycan ilə İsveç arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunmuşdur

 

Azərbaycan ilə İsveç arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunmuşdur

Azərbaycan ilə İsveç arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunmuşdur

 

Azərbaycanın İsveçdəki səfiri Adış Məmmədov bu ölkənin Ticarət Federasiyasının icraçı direktoru xanım Karin Johansson ilə görüşmüşdür.

Səfirlikdən AzərTAc-a bildirmişlər ki, təmsil etdiyi təşkilat haqqında məlumat verən K.Johansson demişdir ki, İsveç Ticarət Federasiyası topdan və pərakəndə satış ilə fəaliyyət göstərən şirkətlər üçün biznes təşkilatıdır və əsas missiyası ticarət şirkətlərinə əlverişli şərait yaratmaqdır.

Səfir A.Məmmədov demişdir ki, Azərbaycan müstəqilliyini bərpa etdiyi 22 il ərzində böyük uğurlar qazanmışdır. Azərbaycanın İsveçin ticarət sahəsindəki təcrübəsindən yararlanmaqda maraqlı olduğunu bildirən səfir ölkələrimiz arasında ticarət sahəsindəki əlaqələrin hələ Nobel qardaşları dövrünə gedib çıxdığını diqqətə çatdırmışdır.

A.Məmmədov Azərbaycan ilə İsveç arasında qarşılıqlı ticarət münasibətlərinin bu gün bir sıra şirkətlər tərəfindən həyata keçirilməsinə baxmayaraq, daha da gücləndirilməsinin və bəzi sahələrdə qarşılıqlı sərmayələrin yatırılmasının əhəmiyyətini vurğulamışdır.

Səfir A.Məmmədov Azərbaycanın üzümçülük, pambıqçılıq və ipəkçilik kimi tarixi ənənələrindən danışmış, iqtisadiyyatın bir çox sahələrindəki perspektivlərlə yanaşı, kənd təsərrüfatı sahəsindəki böyük imkanlar barədə həmsöhbətini məlumatlandırmışdır. Diplomat

Azərbaycanın əlverişli iqlim şəraitinə və münbit torpaqlara malik olduğunu vurğulayaraq, İsveçin idxal etdiyi bir sıra məhsulların, o cümlədən meyvə və tərəvəzin yetişdirilməsi üçün ölkəmizdə bütün lazımi imkanların mövcudluğunu bildirmiş, Azərbaycan tərəfinin kənd təsərrüfatı sahəsində İsveç sərmayələrinin qoyuluşunda maraqlı olduğunu qeyd etmişdir.

Görüşdə Azərbaycan ilə İsveç arasında ticarət dövriyyəsinin artırılması istiqamətində bir çox işlərin görülməsinin vacibliyi vurğulanmış, İsveç Ticarət Federasiyası ilə Azərbaycanın aidiyyəti qurumları arasında təcrübə mübadiləsinin aparılmasının əhəmiyyəti qeyd olunmuşdur

 

AzərTac.az