Azərbaycan ilə Səudiyyə Ərəbistanı Krallığı arasındakı əlaqələrin inkişaf perspektivləri müzakirə olunmuşdur

Posted by

Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı səfiri Rasim Rzayev mayın 4-də krallığın Ər-Riyad vilayətinin qubernatoru, şahzadə Xalid bin Bəndər Əl Səud ilə görüşmüşdür.

Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, görüşdə ölkələrimiz arasındakı münasibətlərin dostluq xarakter daşıdığı qeyd edilmiş, iqtisadi sahədə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılmışdır.

R.Rzayev ötən ilin dekabrında Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında Bakı şəhərində keçirilmiş Müştərək Komissiyanın 3-cü iclası və 100-dən çox iş adamının iştirak ilə təşkil olunmuş 1-ci Azərbaycan-Səudiyyə Ərəbistanı biznes forumunun nəticələri barədə məlumat vermişdir.

Səfir Azərbaycan ilə Səudiyyə Ərəbistanı Krallığı arasında iqtisadi, ticarət, mədəni, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq üçün böyük potensialın olduğunu vurğulamış, bu əlaqələrin genişlənməsi istiqamətində fəaliyyətin daha da genişləndirilməsinə tərəfdar olduğunu bildirmişdir.

Şahzadə Xalid bin Bəndər Əl Səud Səudiyyə Ərəbistanı Krallığı ilə Azərbaycan arasında faydalı əməkdaşlıq üçün geniş imkanların mövcud olduğunu qeyd etmiş, əlaqələrin güclənməsi istiqamətində qarşılıqlı səfərlərin intensivləşməsinin vacibliyin vurğulamışdır.

AzərTac.az