Azərbaycan ilə Qətər arasında təhlükəsizlik sahəsində əməkdaşlıq gücləndirilir

Posted by

Azərbaycan ilə Qətər arasında təhlükəsizlik sahəsində əməkdaşlıq gücləndirilir

Azərbaycan ilə Qətər arasında təhlükəsizlik sahəsində əməkdaşlıq gücləndirilir

 

 

Azərbaycan ilə Qətər arasında təhlükəsizlik sahəsində əməkdaşlıq gücləndirilir

Dekabrın 5-də Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında təhlükəsizlik məsələləri üzrə əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi müzakirə olunub.

 

AzərTAc xəbər verir ki, Milli Məclis sədrinin birinci müavini, təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov Sazişin 2014-cü il oktyabrın 20-də Dohada imzalandığını bildirib. 17 maddədən ibarət Sazişdə tərəflərin transmilli və mütəşəkkil cinayətkarlıq, terrorçuluq, odlu silah, sursat, partlayıcı və hərbi təyinatlı avadanlığın qanunsuz ticarəti, kiber və korrupsiya cinayətləri, insan alveri, ölkəyə qeyri-qanuni gəlmə və tərketmə, mədəni, tarixi və arxeoloji əhəmiyyəti olan əşyaların oğurlanması, qaçaqmalçılıq və qanunsuz ticarət sahəsində cinayətlərlə mübarizə və digər məsələlərdə əməkdaşlığı nəzərdə tutulur.

 

İclasda qeyd olunub ki, Sazişdə nəzərdə tutulmuş müddəalar hər iki ölkənin milli maraqlarına uyğundur. Saziş 5 illik müddətə imzalanıb və tərəflərdən biri onu pozmaq istəmədiyi təqdirdə növbəti 5 il müddətə avtomatik olaraq uzadılacaq.

 

Müzakirələr zamanı bildirilib ki, Qətər Azərbaycana dost ölkələrdəndir və onunla əlaqələri genişləndirmək dövlətimizin xarici siyasətinin prioritetlərindən biridir. Sənəddə nəzərdə tutulan əməkdaşlıq sahələri hazırda dünyada ən aktual məsələlərdir.

 

Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

 

AzərTac.az