Azərbaycan ilə Mərakeş arasında informasiya sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur

Posted by

Azərbaycan ilə Mərakeş arasında informasiya sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur

Azərbaycan ilə Mərakeş arasında informasiya sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur

Azərbaycan ilə Mərakeş arasında informasiya sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur

Azərbaycan Respublikası ilə Mərakeş Krallığı arasında əlaqələrin inkişafında hər iki ölkənin rəsmi informasiya agentliklərinin də imkanları böyükdür.

Bu fikri Mərakeş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Həsən Hami martın 28-də Azərbaycan Dövlət Teleqraf Agentliyində (AzərTAc) baş direktor Aslan Aslanov ilə görüşdə söyləmişdir.

Ölkələrimiz arasında əməkdaşlığın inkişafında milli informasiya agentliklərinin rolunun müzakirə olunduğu görüşdə Azərbaycan-Mərakeş əlaqələrindən, bu əlaqələrin qurulub möhkəmləndirilməsində ümummilli lider Heydər Əliyevin xidmətlərindən, AzərTAc-ın tarixi, keçdiyi inkişaf yolu, müstəqillik illərində qazandığı uğurlar, dövlət siyasətinin informasiya təminatında agentliyin mövqeyi barədə ətraflı söhbət açılmışdır.

Səfir Mərakeş Ərəb Xəbər Agentliyi ilə AzərTAc arasında informasiya mübadiləsinə dair müqavilə imzalanmasının əhəmiyyətini vurğulamış, bu sənədin ölkələrimizin informasiya sahəsində əlaqələrinin daha da möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini bildirmişdir. Diplomat qeyd etmişdir ki, hər iki ölkəyə aid xəbərlərin rəsmi mənbələrə istinadən yayımlanması mühüm məsələdir.

Görüşdə Azərbaycanın son illərdə əldə etdiyi uğurlardan danışılmış, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin inkişafının keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğu diqqətə çatdırılmışdır. Qeyd edilmişdir ki, dünyada mövqeləri gündən-günə möhkəmlənən Azərbaycan beynəlxalq iqtisadi münasibətlər sistemində əsas oyunçuya çevrilmişdir. Artıq inkişafın Azərbaycan modeli aparıcı beynəlxalq qurumlar tərəfindən öyrənilir.

Mərakeşli diplomat Azərbaycanın həqiqətən inkişafın yeni, sürətli dövrünü yaşadığını xüsusi vurğulamışdır.

 

AzərTac.az