Azərbaycan ilə Avropa Şurası arasında hüquqi sahədə əlaqələr yüksək səviyyədədir

Posted by

Azərbaycan ilə Avropa Şurası arasında hüquqi sahədə əlaqələr yüksək səviyyədədirAzərbaycan ilə Avropa Şurası arasında hüquqi sahədə əlaqələr yüksək səviyyədədir

Azərbaycan ilə Avropa Şurası arasında hüquqi sahədə əlaqələr yüksək səviyyədədir

Bakıda “Korrupsiyaya qarşı mübarizə: Beynəlxalq standartlar və milli təcrübələr” mövzusunda keçirilən yüksək səviyyəli beynəlxalq konfrans çərçivəsində iyulun 1-də Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralov Avropa Şurası Ümumi İnsan Hüquqları və Hüquq Qaydaları Baş İdarəsinin rəisi Filip Boya ilə görüşmüşdür.

AzərTAc xəbər verir ki, söhbət zamanı Azərbaycan ilə Avropa Şurası arasında hüquqi sahədə əlaqələrin inkişafından məmnunluq ifadə olunmuş, ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsi, korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlər yüksək qiymətləndirilmişdir.

Görüşdə Avropa Şurasının Bakı ofisinin rəhbəri xanım Draqana Filipoviç iştirak etmişdir.

 

AzərTac.az