Azərbaycan hərbçilərinin meyiti ölkələr arasındakı beynəlxalq sərhəddə qaytarılıb
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) itkin düşən Azərbaycan hərbçilərinin tapılması faktı ilə bağlı məlumat yayıb.
Komitənin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya bildirib ki, Azərbaycan dövlət qurumlarının xahişi ilə BQXK Azərbaycan və Ermənistanın razılaşdığı humanitar əməliyyatın keçirilməsi üçün neytral vasitəçi olub. Əməliyyat ölkələr arasındakı beynəlxalq sərhəddə həyata keçirilib. Əməliyyatın nəticəsi olaraq iyunun 23-də itkin düşmüş iki azərbaycanlı hərbçinin taleyinə aydınlıq gətirilib.
Qeyd edək ki, Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu sahəsində qoşunların təmas xəttində, dağ-meşə şəraitində yolu azan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları kiçik çavuş Musayev Musa Sabir oğlu və kiçik çavuş Yolçuyev Tural Sahib oğlunun meyitləri qarşı tərəfdə minalanmış sahədə aşkarlanıb.
Apa.az