Azərbaycan hərbçiləri Türkiyədə dəniz təlimlərini müşahidə edəcəklər

Posted by

Noyabrın 21-dən 30-dək Türkiyədə NATO və müttəfiq ölkələrin Hərbi Dəniz Qüvvələri nümayəndələrinin iştirakı ilə «Nüsrət-2014» adlı dəniz təlimləri keçiriləcək.

Bu barədə APA Türkiyə Hərbi Dəniz Qüvvələrinə istinadən məlumat verib.

Təlimlərə Türkiyənin Hərbi Dəniz, Hərbi Hava və Sahil Mühafizə qüvvələri ilə yanaşı NATO-dan Daimi Dəniz Minalarına Qarşı Tədbirlər Qrupu (SNMCMG-2) çərçivəsində Almaniya, Bolqarıstan, İngiltərə, İtaliya və Yunanıstandan 5 tral gəmisi və 1 freqat qatılacaq.

Təlimlərin məqsədi dəniz minaları ilə mübarizə tədbirlərinin planlanşdırılması, fərqli ölkələrdən qatılan qüvvələrin fəaliyyətinin uzlaşdırılmasıdır.

Təlimləri ABŞ, Azərbaycan, Banqladeş, Bolqarıstan, Əlcəzair, Gürcüstan, Cənubi Koreya, Qatar, Livan, Pakistan və Çilidən 17 müşahidəçi izləyəcək.

Apa/az