Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının istehsalat zədələnmələrinin qarşısının alınması üçün Əmək Məcəlləsinə təklif etdiyi əlavələr açıqlanıb

Posted by

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının istehsalat zədələnmələrinin qarşısının alınması üçün Əmək Məcəlləsinə təklif etdiyi əlavələr açıqlanıbAzərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının istehsalat zədələnmələrinin qarşısının alınması üçün Əmək Məcəlləsinə təklif etdiyi əlavələr açıqlanıb

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının istehsalat zədələnmələrinin qarşısının alınması üçün Əmək Məcəlləsinə təklif etdiyi əlavələr açıqlanıb

“İstehsalat zədələnməsinin profilaktikasının araşdırılması göstərir ki, həyata keçirilən tədbirlər əməyin mühafizəsi sahəsində radikal irəliləyişlər əldə edilməsi üçün hələlik kifayət deyil. Əsas çatışmazlıqlar iqtisadi-hüquq münasibətlər sisteminin yaradılmasının tamamlanmaması, işəgötürənləri əməyin mühafizəsi qaydalarına riayət etməyə vadar edən iqtisadi mexanizmlərin zəif olmasıdır”.

 

Bunu APA-ya açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Əməyin mühafizəsi şöbəsi müdirinin müavini Əli Mədətov deyib.

 

Ə. Mədətov qeyd olunanları nəzərə alaraq AHİK-nin iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üçün zamanın müasir iqtisadi tələblərinə cavab verən əməyin mühafizəsi üzrə sahə qaydalarının, normalarının, standartlarının və digər normativ sənədlərin təkmilləşdirilməsini vacib hesab etdiyini bildirib. O, AHİK-in bununla bağlı Əmək Məcəlləsinə əlavə edilməsini vacib saydığı əlavələri də açıqlayıb: “Birinci, nazirlik, baş idarə və müəssisələrin strukturunda əməyin mühafizəsi xidmətləri əsas istehsalat strukturlarına bərabər tutulmalı və idarənin birinci rəhbərinin tabeliyində olmalıdır. İkinci, Əmək Məcəlləsində təhlükəli iş şəraiti nəticəsində işçilərin səhhətinə ziyan vurulmasına, istehsalat zədələnməsinin yüksək səviyyəsinə görə işəgötürənin məsuliyyətinin artırılmasına, habelə sağlam və təhlükəsiz iş şəraiti yaradılmasına, bədbəxt hadisələrə yol verilməməsinə görə iqtisadi cəhətdən həvəsləndirici mexanizm nəzərdə tutulmalıdır. Üçüncü, müəssisələrin işəgötürənlərini əməyin mühafizəsi üzrə vaxtaşırı kurslarda təlim keçməsini və bu sahədə onların biliklərinin yoxlanmasında iştirakımızı vacib hesab edirik. Eyni zamanda istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması qaydaları ilə bağlı tərəfimizdən təklif olunub ki, sığorta edənlər baş vermiş bədbəxt hadisələrin təhqiqat komissiyasının işində iştirak etsinlər”.

 

Ə. Mədətov dövlət orqanlarının, ictimaiyyətin, işəgötürənlərin və mütəxəssislərin diqqətinin əməyin təhlükəsizliyi məsələlərinə yönəldilməsinin vacib formalarından birinin hər il keçirilən Beynəlxalq Əməyin Mühafizəsi (28 aprel) və Layiqli Əmək Uğrunda Mübarizə (7 oktyabr) günləri olduğunu da qeyd edib. Onun sözlərinə görə, hər il hazırlanan tematik tədbirlər planına əsasən yerlərdə əməyin mühafizəsinin müxtəlif aspektlərinə dair seminarlar, toplantılar, dəyirmi masa ətrafında müzakirələr, yoxlamalar, baxış-müsabiqələr keçirilir. 28 aprel ərəfəsində son iki il ərzində həmkarlar ittifaqları tərəfindən rayon, şəhər həmkarlar ittifaqları komitələrinin sədrlərindən, ilk təşkilatların rəhbərlərindən, komissiya sədrlərindən və əməyin mühafizəsi üzrə ictimai müvəkkillərdən ibarət 16500 dinləyicini əhatə edən 455 zona seminar-müşavirələri keçirilib. Son 10 il ərzində AHİK-in təşəbbüsü ilə bir sıra tematik baxışlar, yalnız 2009-cu ildən elan olunmuş “Sağlam və təhlükəsiz əmək şəraiti yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” adı uğrunda Respublika Müsabiqəsinin nəticəsinə görə 170 müəssisə və təşkilat qalib olub, onlara diplomlar və qiymətli hədiyyələr verilib.

 

“2014-2015-ci illər üçün sahə (taarif) sazişlər və kollektiv müqavilələr bağlanarkən həmkarlar ittifaqlarının mövqeyini əks etdirən iş yerlərinin təhlükəsizliyinə kömək edəcək şəraitin yaradılması məqsədi ilə kollektiv saziş və müqavilələrdə əməyin mühafizəsi üzrə ictimai müvəkkilin öz vəzifəsini yerinə yetirməsi üçün hər həftə orta əmək haqqı ödənilməklə iş vaxtında 2 saatı 4 saatla əvəz edilməsi yeni istehsal obyektlərinin və istehsal vasitələrinin istismara qəbulu üzrə komissiyanın tərkibinə həmkarlar ittifaqı təşkilatının nümayəndəsinin daxil edilməsi tövsiyə olunub”, – deyə Ə. Mədətov bildirib.

 

Apa/az