Azərbaycan hökuməti icbari tibbi sığorta sisteminin tətbiqinə dair yeni sənədlər hazırlayır

Posted by

Azərbaycan hökuməti icbari tibbi sığorta sisteminin tətbiqinə dair yeni sənədlər hazırlayır

Azərbaycan hökuməti icbari tibbi sığorta sisteminin tətbiqinə dair yeni sənədlər hazırlayır

Azərbaycan hökuməti icbari tibbi sığorta sisteminin tətbiqinə dair yeni sənədlər hazırlayır

Azərbaycanda icbari tibbi sığorta sisteminin ilkin mərhələdə bütün respublika ərazisində tətbiq edilməyəcəyi, bu işin pilot layihə şəklində həyata keçiriləcəyi gözlənilir. Bunu Trend-ə Nazirlər Kabinetindən bildiriblər.

NK-dan deyilib ki, yaxın zamanlarda icbari tibbi sığorta sistemi reallaşacaq. Hazırda isə NK-da icbari tibbi sığorta sisteminin tətbiqi ilə bağlı bır sıra hüquqi sənədlər hazırlanır.

Milli Məclisin Sosial siyasət komitəsinin sədrinin müavini Musa Quliyev isə Trend-ə bildirib ki, icbari tibbi sığorta üçün təqdim edilən paketlərə ilkin mərhələdə çox böyük həcmdə tibbi xidmətləri daxil etmək olmaz. Paketlərə yalnız insan orqanizmində həyatı vacib funksiyaların tənzimlənməsi, ən çox rast gəlinən xəstəliklərin müayinə və müalicəsi ilə bağlı xidmətlər daxil edilməlidir. İcbari tibbi sığorta sistemi tətbiqi edildikdən sonra dövlət proqramları əsasında xüsusi büdcə əsasında maliyyələşən xəstəliklərin-şəkərli diabet, vərəm, talassemiya, irsi qan xəstəlikləri, ana və uşağın sağlamlığının mühafizəsi və s. sahəsində görülən tədbirlər büdcədən maliyyələşməlidir: “Çünki onlar sosial, ictimai əhəmiyyətli xəstəliklərdir. Onları paketə daxil etmək olmaz və büdcədən ayrı xətt üzrə maliyyəlışməlidir”.

M.Quliyev qeyd edib ki, icbarı tibbi sığorta paketinə ilkin mərhələdə yalnız zəruri tibbi xidmətlər daxil olmalıdır. Çünki paketin həcmi böyüdükcə xərclər də artacaq ki, həmin xərcləri də ilkin etapda ödəmək dövlət üçün çətin olar.

Millət vəkilinin sözlərinə görə, paketin məbləğinin nə qədər olmasını müəyyən etmək üçün monitorinq aparılmalıdır: “Hər bir ölkədə bu paketin məbləği fərqlidir. Azərbaycanda da öyrənilməlidir ki, hər hansı bir xəstəlik üzrə müayinə, müalicə necəyə başa gəlir. Bu, ciddi hesablama tələb edən metodikadır. Bundan ötrü xüsusi qrup işləməlidir”.

M.Quliyev qeyd edib ki, çox vacib məsələlərdən biri Azərbaycanda bütün xəstəliklərin müayinə və müalicə protokollarının hazırlanmasıdır.

Millət vəkili qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatı insanlar üçün 500-ə yaxın həyati vacib dərman müəyyənləşdirib. Həmin dərmanların siyahısı SN tərəfindən hazırlanmalı və NK tərəfindən təsdiqlənməlidir ki, onlar da icbari tibbi sığorta paketinə daxil olunsun. Həmin dərmanlar Azərbaycana ən ucuz qiymətə alınaraq gətiriməlidir: “Çünki icbari tibbi sığortanın əsas fəlsəfəsi ondan ibarətdir ki, xəstə ikinci dəfə pul ödəməsin. Icbarı tibb sığorta paketini alan xəstənin həm müayinə, həm müalicə, həm də dərmanlara çəkəcəyi xərclər burada öz əksini tapmalıdır”.

Qeyd edək ki, 1999-cu ildə Milli Məclis tərəfindən “İcbari tibbi sığorta haqqında” qanun qəbul olunub. 2008-ci ildə ölkə Prezidentinin sərəncamı ilə Dövlət İcbari Tibbi Sığorta Agentliyi yaradılıb. İcbari tibbi sığorta sisteminin tətbiqi üçün hər il büdcədən maliyyə vəsaiti ayrılsa da, müəyyən səbəblər üzündən onun tətbiqi mümkün olmur.

Bu sistemin tətbiqini reallaşdırmaq üçün fevralın 21-də Nazirlər Kabinetinin səhiyyənin maliyyələşdirilməsinin təkmilləşdirilməsi və icbari sığortanın tətbiqinə həsr olunmuş geniş iclası keçirilib. Həmin iclasda Azərbaycanda icbari tibbi sığortanın maliyyələşdirilməsi modelinə yenidən baxılması üçün işçi qrupun yaradılması qərarına gəlinib.

 

Trend.az