Azərbaycan əhalisinin sayı artıb

Posted by

Azərbaycan əhalisinin sayı artıb

Azərbaycan əhalisinin sayı artıb

Azərbaycan əhalisinin sayı artıb

Azərbaycan əhalisinin sayı 2013-cü il ərzində 120,6 min nəfər və yaxud 1,3% artaraq bu ilin əvvəlinə 9 477,1 min nəfər olub

APA-nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ötən il əhalinin sayının ümumi artımı, əsasən, təbii artım hesabına baş verib.

 

Bununla yanaşı, miqrasiya artımı da müşahidə olunub və bu amil əhalinin ümumi artımının 1,8%-ni təşkil edib.

 

Ölkə üzrə əhalinin sıxlığı 1 kv. km-ə 109 nəfər təşkil edir. Əhalinin ümumi sayından 53,2%-i şəhər, 46,8%-i kənd sakinlərinin, 49,7%-i kişilərin, 50,3%-i isə qadınların payına düşür və hər 1 000 kişiyə 1 012 qadın düşür.

 

Ötən il Azərbaycanda doğulanların sayı ölənlərin sayından 118,3 min nəfər çox olub. Belə ki, 2013-cü ildə ölkədə 172,6 min körpə doğulub, əhalinin hər 1 000 nəfərinə hesabı ilə bu göstərici 18,6 təşkil edib. Doğulanların 53,6%-ni oğlanlar, 46,4%-ni qızlar təşkil edib. Körpələrin 2 270-i əkiz, 42-si isə üçəm doğulub.

 

Ölkə əhalisinin təkrar istehsalı təmin olunaraq, uşaq doğmaq qabiliyyətinə malik olan qadınların bütün ömür boyu hər birinə orta hesabla 2,2 doğulmuş uşaq düşür.

 

Ötən il ərzində ölkədə ölənlərin sayı əhalinin hər 1 000 nəfərinə hesabı ilə 2012-ci il ilə müqayisədə 6,0-dan 5,8-dək azalıb.

 

Hesabat ilində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən Azərbaycana daimi yaşamaq üçün 3,1 min nəfər gələn və 0,8 min nəfər ölkədən gedən qeydə alınıb. 2012-ci illə müqayisədə ötən il Azərbaycana daimi yaşamaq üçün gələnlərin sayı 957 nəfər və ya 44,1% artıb.

 

Milli.Az