Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin növbəti üçtərəfli görüşü Qarsda keçiriləcək

Posted by

Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin növbəti – dördüncü üçtərəfli görüşü Qarsda keçiriləcək. Trend-in məlumatına görə, bu barədə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Gəncədə mətbuat konfransında deyib.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov mətbuat konfransında bildirib ki, görüşün bu ilin sonunda təşkil edilməsi planlaşdırılır. Onun sözlərinə görə, bu il Qarsda Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı nəzərdə tutulub.

Azərbaycan XİN rəhbəri qeyd edib ki, dəmir yolunun tezliklə açılması vacibdir, çünki NATO bu dəmir yolundan 2015-ci ildə Əfqanıstandan qoşunların çıxarılmasında istifadə etmək niyyətindədir.

Mətbuat konfransında Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin görüşünün də keçiriləcəyini istisna etməyib.

Qeyd edək ki, Gəncədə Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin görüşü keçirilib.

Görüşün sonunda Gəncə bəyannaməsi qəbul edilib.

Bu, Azərbaycan, Gürcüstan və Türkiyə XİN rəhbərlərinin sayca üçüncü görüşüdür.

Nazirlərin birinci görüşü 2012-ci ildə Trabzonda, ikinci görüşü isə 2013-cü ilin martında Batumidə keçirilmişdi.

Trend.az