Azərbaycan, Gürcüstan və Türkiyə arasında model avtomagistralın yaradılması haqqında hökumətlərarası saziş layihəsi müzakirə olunmuşdur

Posted by

Nəqliyyat Nazirliyində “Model Avtomagistral Təşəbbüsü” (MAT) layihəsi üzrə İşçi Qrupunun ikinci iclası keçirilmişdir.

Nazirlikdən AzərTAc-a bildirmişlər ki, iclasda müasir yardımçı yol infrastrukturunun yaradılması istiqamətində üzv dövlətlər tərəfindən görülmüş işlər barədə məlumat verilmiş, Azərbaycan Gürcüstan və Türkiyə arasında model avtomagistralın yaradılması haqqında hökumətlərarası saziş layihəsi müzakirə olunmuşdur.

İclasda beynəlxalq təşkilatların, maliyyə institutlarının və digər potensial tərəfdaşların MAT-ın həyata keçirilməsində rolu, Mərkəzi Asiyada və Cənubi Qafqazda layihənin reallaşdırılması istiqamətində atılacaq növbəti addımlar barədə fikir mübadiləsi aparılmışdır.

Qeyd edək ki, model avtomagistral layihəsinin yaradılması təşəbbüsü Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqına məxsusdur və bu layihə Böyük İpək Yolu üzrə beynəlxalq avtomobil daşımalarının inkişaf etdirilməsi üçün daha səmərəli və təhlükəsiz şərait yaradılması məqsədi daşıyır.

AzərTAc.az