Azərbaycan-Gürcüstan dostluğu, qardaşlığı, iqtisadi, siyasi sahədə əməkdaşlığı bütün regionun böhrandan azad olunması üçün dəyərli nümunədir

Posted by

Azərbaycan-Gürcüstan dostluğu, qardaşlığı, iqtisadi, siyasi sahədə əməkdaşlığı bütün regionun böhrandan azad olunması üçün dəyərli nümunədirAzərbaycan-Gürcüstan dostluğu, qardaşlığı, iqtisadi, siyasi sahədə əməkdaşlığı bütün regionun böhrandan azad olunması üçün dəyərli nümunədir

Azərbaycan-Gürcüstan dostluğu, qardaşlığı, iqtisadi, siyasi sahədə əməkdaşlığı bütün regionun böhrandan azad olunması üçün dəyərli nümunədir

Gürcüstanda səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadəni Gürcüstan Parlamentinin sədri David Usupaşvili ilə görüşüb.

QMİ-nin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, şeyxülislamı Gürcüstanda görməkdən məmnunluğunu bildirən D.Usupaşvili Azərbaycan və Gürcüstan parlamentləri arasındakı səmərəli əməkdaşlıqdan danışıb, Azərbaycana səfərlərini xatırladıb.

Spiker parlamentlərarası əlaqələrin daha intensiv olmasının vacibliyini vurğulayıb, A.Paşazadəni yubileyi münasibətilə təbrik edib, ona ən xoş arzularını çatdırdı.

A.Paşazadə dövlətlərimiz və xalqlarımız arasındakı qardaşlıq münasibətlərində baş verən müsbət dəyişikliklərdən şad olduğunu bildirib, Ümumgürcüstan katolikos-patriarxı II İliya ilə hər zaman bu istiqamətdə çalışdıqlarını vurğulayıb. O, Gürcüstan parlamentinin sədrinə katolikos-patriarxa Azərbaycanın Qarabağ problemi ilə bağlı nümayiş etdirdikləri davamlı dəstəkdən minnətdarlıqla danışıb.

Görüşdə iştirak edən Milli Məclisin deputatı Fəttah Heydərov Azərbaycan-Gürcüstan dostluğunu, qardaşlığını, iqtisadi, siyasi sahədə əməkdaşlığı təkcə Cənubi Qafqaz deyil, bütün regionun böhrandan azad olunması üçün dəyərli nümunə kimi dəyərləndirib. Azərbaycan Ağsaqqallar Şurasının sədri F. Heydərov xalqlar arasında dostluq və qardaşlığın qorunub saxlanılması və inkişaf etdirilməsində liderlərin, o cümlədən, din xadimlərinin rolunu yüksək qiymətləndirib.

Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, intizam komitəsinin sədri Siyavuş Novruzov, deputat Hüseynbala Mirələmov parlamentlərimiz arasında əməkdaşlıqdan bəhs edib, qonşu dövlətlərimizin oxşar problemlərinin mövcudluğuna toxunub, beynəlxalq təşkilatlar çərçivəsində ərazi bütövlüyümüzün qorunub saxlanılması məsələsini birgə qaldırmağın önəmli olduğunu bildiriblər. Görüşdə parlamentlərin müvafiq komitələri arasında da dostluq qruplarının, Cənubi Qafqazda Parlament Partiyalarının dostluq qruplarının yaradılması ideyasının nəzərdən keçirilməsi təklifi səsləndirilib.

Bildirilib ki, “Görkəmli adamların həyatı” seriyasından “Heydər Əliyev”, “İlham Əliyev”, “Zərifə Əliyeva” kitabları gürcü dilinə tərcümə olunaraq çap edilib.

Gürcüstan parlamentinin komitə sədrləri də çıxışlarında dövlətlərimiz, xalqlarımız arasında əlaqələrin dərinləşdirilməsi istiqamətində qanunverici orqanların görə biləcəkləri işlərdən danışıblar.

 

AzərTac.az