Azərbaycan-Çexiya münasibətlərinin daha da inkişafında diaspor təşkilatlarımızın üzərinə mühüm vəzifələr düşür
Azərbaycanın Çex Respublikasına yeni təyin olunmuş səfiri Fərid Şəfiyev bu ölkədəki Azərbaycan diasporunun nümayəndələri və Praqada təhsil alan azərbaycanlı tələbələrlə görüşüb.
Səfirlikdən AzərTAc-a bildirilib ki, Azərbaycan və Çex Respublikası arasında mövcud dostluq münasibətlərinə toxunan səfir, əlaqələrin inkişaf etdirilməsində diaspor nümayəndələri və eləcə də tələbələrimizin rolunun vacibliyini vurğulayıb. O, gələcəkdə də bu istiqamətdə birgə əməkdaşlığın davam etdiriləcəyinə ümidvar olduğunu qeyd edib.
Görüşdə diasporun iştirakı və təşəbbüsü ilə irəli sürülən bir sıra layihələr müzakirə olunub.
AzərTac.az