Azərbaycan dövlətinin qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində gördüyü işləri yüksək qiymətləndirilir

Posted by

Azərbaycan dövlətinin qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində gördüyü işləri yüksək qiymətləndirilirAzərbaycan dövlətinin qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində gördüyü işləri yüksək qiymətləndirilir

Azərbaycan dövlətinin qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində gördüyü işləri yüksək qiymətləndirilir

Oktyabrın 30-da Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Dünya Bankının (DB) Azərbaycan üzrə meneceri Larisa Leşçenko ilə görüşüb.

Əli Həsənov Azərbaycan Hökuməti ilə Dünya Bankı arasındakı əlaqələrin son illər yeni mərhələyə qədəm qoyduğunu, həyata keçirilən layihələrin qarşılıqlı əməkdaşlıq şəraitində uğurla və şəffaf şəkildə davam etdirildiyini diqqətə çatdırıb. Bildirilib ki, bu layihələr arasında istər məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı obyektlərdə, istərsə də onlar üçün yeni salınmış qəsəbələrdə həyata keçirilən layihələr mühüm önəm kəsb edir. Bu gün Azərbaycan dövləti vətəndaşlarının problemlərinin həllini öz üzərinə götürüb. Ölkəmizin getdikcə artan iqtisadi imkanları buna şərait yaradır. Bununla yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma ocaqlarından didərgin salınmış 1 milyon 200 mindən çox qaçqın və məcburi köçkün üçün prioritet sahələrdən olan, xüsusilə gəlir gətirmə, gənclərin dəstəklənməsi, mikrokredit proqramları üzrə həyata keçirilən layihələrə də üstünlük verilməlidir.

Görüşdə Azərbaycan Hökuməti ilə Dünya Bankı arasında imzalanmış kredit sazişinə əsasən həyata keçirilən “Məcburi Köçkünlərin həyat şəraiti və gəlir imkanlarının dəstəklənməsi” layihəsi müzakirə olunub. Layihə çərçivəsində indiyədək görülmüş işlər təhlil edilib, qarşıda duran prioritet vəzifələr müəyyənləşdirilib. Qeyd olunub ki, təkcə cari ilin 9 ayında bu layihə çərçivəsində Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən 42 min nəfərin faydalandığı 44 icma mikrolayihəsi icra edilib, məcburi köçkünlərin sıx məskunlaşdığı 33 obyektdə əsaslı təmir işləri aparılıb, 13 obyektdə isə təmir işləri davam etdirilir.

Bütün bunları müsbət hal kimi dəyərləndirən Baş nazirin müavini Əli Həsənov, həmçinin diqqətə çatdırıb ki, Azərbaycan Hökuməti Dünya Bankı ilə əməkdaşlıq etməkdə, onun təcrübəsindən bundan sonra da yararlanmaqda maraqlıdır. Vurğulanıb ki, bu gün qaçqın və məcburi köçkün probleminin həllində Azərbaycanın təcrübəsindən oxşar problemlərlə üzləşən ölkələrdə də istifadə olunur. Bunu BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı da qurumun yüksək tribunasından dəfələrlə bəyan edib. Bütün bunları qarşılıqlı əməkdaşlığın nəticəsi kimi qiymətləndirən Ə.Həsənov həyata keçiriləcək layihələrin icrasını sürətləndirməyin, keyfiyyətini yüksəltməyin, layihələrin istiqamətini prioritet sahələrə yönəltməyin vacibliyini də vurğulayıb.

Dünya Bankı ilə əməkdaşlığa böyük önəm verdiyinə və hərtərəfli məlumata görə minnətdarlığını bildirən xanım Larisa Leşçenko Azərbaycan dövlətinin qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində gördüyü işləri yüksək qiymətləndirib. Qeyd edilib ki, onun təmsil etdiyi qurum da Azərbaycan ilə əməkdaşlıqda, məcburi köçkünlərlə işləməkdə maraqlıdır. Bu istiqamətdə nəzərdə tutulan layihələrin vaxtında və keyfiyyətlə icra olunacağına əminliyini bildirən qonaq məcburi köçkünlərlə işləməyin xüsusən insanlıq baxımından mühüm əhəmiyyət kəsb etdiyini deyib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

 

AzərTac.az