Azərbaycan Diplomatik Akademiyası ABŞ universiteti ilə anlaşma memorandumu imzalayıb

Posted by

Azərbaycan Diplomatik Akademiyası ABŞ universiteti ilə anlaşma memorandumu imzalayıb

Azərbaycan Diplomatik Akademiyası ABŞ universiteti ilə anlaşma memorandumu imzalayıbAzərbaycan Diplomatik Akademiyası ABŞ universiteti ilə anlaşma memorandumu imzalayıb

Azərbaycan Diplomatik Akademiyasının Dövlət və Beynəlxalq Münasibətlər İnstitutu (SPİA) ABŞ-ın Miçiqan Dövlət Universiteti ilə anlaşma memorandumu imzalayıb.
Akademiyadan Trend-ə verilən məlumata görə, anlaşmaya əsasən, tərəflər hər il bakalavr dərəcəsi üzrə təhsil alan tələbələr üçün akademik və mədəni mübadilə proqramları, o cümlədən müəllimlər üçün tədqiqat mübadiləsi həyata keçirməyə razılıq veriblər. Anlaşma nəticəsində mübadilələrlə yanaşı, həm də ikitərəfli Yay məktəblərinin təşkili də planlaşdırılıb.
İki universitet arasında həyata keçiriləcək birgə proqramların və qurulacaq əməkdaşlığın Akademiya üçün əhəmiyyətindən danışan ADA-nın Dövlət və Beynəlxalq Münasibətlər İnstitutunun dekanı Anar Vəliyev bu anlaşmanın hər iki tərəfin müəllim və tələbə heyəti üçün vacib olduğunu qeyd edib.
Miçiqan Dövlət Universitetinin professorları Şerman Garnett və Norman Qraham isə öz növbələrində bu anlaşmanın iki universitet arasında artıq qurulmuş əməkdaşlığı daha da genişləndirəcəyinə inandıqlarını vurğulayıblar.