Azərbaycan Dillər Universitetində fransız dili yüksək səviyyədə tədris olunur

Posted by

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov Fransanın Azərbaycandakı səfiri Paskal Mönye ilə görüşüb.

ADU-dan AzərTAc-a bildiriblər ki, görüşdə S.Seyidov rəhbərlik etdiyi ali təhsil müəssisəsinin beynəlxalq əlaqələrindən, o cümlədən Fransanın Strasburq Universiteti ilə əməkdaşlığından söz açıb.

Rektor ADU-da fransız dilinin yüksək səviyyədə tədris olunduğunu, tələbələrin bu dilə böyük maraq göstərdiklərini qeyd edib, müəllim-tələbə mübadiləsinin vacibliyini xüsusi vurğulayıb.

ADU-da fransız dilinin tədrisini yüksək qiymətləndirən P.Mönye bu dilin öyrənilməsi nəticəsində iki ölkə arasında əlaqələrin daha da möhkəmlənəcəyinə əminliyini bildirib.

Görüşdə əməkdaşlığın perspektivləri, ikitərəfli əlaqələrin inkişafı, birgə layihələrin həyata keçirilməsi və digər məsələlər müzakirə edilib.

AzərTac.az