Azərbaycan diasporunun nümayəndələri İsveç parlamentinin deputatı ilə görüşüblər
Azərbaycan diasporunun nümayəndələri İsveç parlamentinin deputatı ilə görüşüblər.
Geteborq şəhərində keçirilən görüşdə “Mənim səsim” təşkilatının nümayəndələri, İsveç parlamentinin mötədil hakim koalisiyadan olan deputatı Sesiliya Manusson, habelə Geteborq bələdiyyəsi idarə heyəti şurasını üzvü Hampus Maqnusson iştirak ediblər.
AzərTAc xəbər verir ki, görüşdə bir sıra vacib məsələlər, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, Xocalı soyqırımının tanınması, habelə azərbaycanlıların İsveç cəmiyyətinə inteqrasiyası və qarşıdakı seçkilərdə onların iştirakı ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycan diasporunun nümayəndələri Azərbaycanın Qarabağ regionunun işğalının davam etməsi və münaqişənin eskalasiyası ilə bağlı narahatlıqlarını ifadə ediblər.
Sonda qonaqlara Azərbaycan haqqında, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin köklərindən bəhs edən kitablar hədiyyə olunub.
AzərTac.az