Azərbaycan-Bolqarıstan əlaqələrinin inkişaf etdirilməsi barədə müzakirələr aparılmışdır

Posted by

Azərbaycan-Bolqarıstan əlaqələrinin inkişaf etdirilməsi barədə müzakirələr aparılmışdır

Azərbaycan-Bolqarıstan əlaqələrinin inkişaf etdirilməsi barədə müzakirələr aparılmışdır

Azərbaycan-Bolqarıstan əlaqələrinin inkişaf etdirilməsi barədə müzakirələr aparılmışdır

Azərbaycanın Bolqarıstandakı səfiri Emil Kərimov bu ölkənin ikinci ən böyük şəhəri sayılan Plovdivdə olmuşdur.

Plovdiv şəhərinin meri İvan Totev ilə keçirilən görüşdə E.Kərimov Azərbaycan-Bolqarıstan əlaqələrindən, yüksək səviyyəli qarşılıqlı səfərlərdən bəhs etmişdir.

Səfir Azərbaycanın Bolqarıstan ilə bütün sahələrdə, o cümlədən hər iki ölkənin yerli icra hakimiyyəti orqanları arasında əlaqələrin inkişafına xüsusi önəm verildiyini bildirmişdir. O, Plovdiv ilə Azərbaycanın müvafiq bir şəhəri arasında əlaqələrin qurulmasının önəmini qeyd etmişdir.

İvan Totev Azərbaycan-Bolqarıstan əlaqələrinin inkişafından məmnunluğunu bildirmişdir. O, Azərbaycanın müvafiq bir şəhəri ilə əlaqələrin yaradılmasında, təcrübə mübadiləsinin aparılmasında, qarşılıqlı səfərlərin və müxtəlif tədbirlərin həyata keçirilməsində maraqlı olduğunu bildirmişdir.

Səfər çərçivəsində E.Kərimov Bolqarıstanda fəaliyyət göstərən yeganə kənd təsərrüfatı universiteti olan Plovdiv Kənd Təsərrüfatı Universitetinin rektoru xanım K.Yançeva ilə də görüşmüşdür. Səfir Azərbaycan dövləti tərəfindən təhsil sahəsinə göstərilən xüsusi qayğı nəticəsində son illərdə ölkəmizdə təhsil infrastrukturunun müasirləşdirilməsi istiqamətində görülən işlər, habelə Azərbaycan ilə Bolqarıstan arasında təhsil sahəsində mövcud əlaqələr barədə məlumat vermişdir. Plovdiv Kənd Təsərrüfatı Universiteti ilə Azərbaycanın müvafiq ali təhsil ocağı arasında əlaqələrin inkişaf etdirilməsinin vacibliyinə toxunan diplomat birgə elmi işlərin aparılmasının, tələbə mübadiləsinin həyata keçirilməsinin, bu məsələləri tənzimləyəcək əməkdaşlıq haqqında müvafiq sazişin imzalanmasının vacibliyini vurğulamışdır.

K.Yançeva rəhbərlik etdiyi təhsil müəssisəsi barədə məlumat vermiş, Azərbaycanın müvafiq universiteti ilə əlaqələrin qurulmasında maraqlı olduğunu bildirmişdir.

 

AzərTac.az