Azərbaycan banklarındakı əhalinin əmanətləri daha bir il müddətinə vergidən azad edilib

Posted by

Azərbaycan Prezidenti İlham Əliyev 2015-ci ilədək banklar və digər kredit təşkilatları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlərin gəlir vergisindən azad edilməsi haqqında qanunu imzalayıb.

Trend-in məlumatına görə, qanun 2014-cü il yanvarın 1-dən qüvvəyə minir.

Qeyd edək ki, banklar və digər kredit təşkilatlarının əhaliyə ödədiyi əmanətlər üzrə faiz dərəcələrinə qarşı ilk vergi güzəştləri 1999-cu ildə tətbiq edilib.

Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, 2014-cü ilin əvvəlinə ölkə banklarında əhalinin əmanətləri 6,39 milyard manat təşkil edib.

Trend.az