Azərbaycan baş nazirinin müavini ABŞ səfiri ilə görüşüb

Posted by

Azərbaycan baş nazirinin müavini ABŞ səfiri ilə görüşübAzərbaycan baş nazirinin müavini ABŞ səfiri ilə görüşüb

Azərbaycan baş nazirinin müavini ABŞ səfiri ilə görüşüb

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-İcra katibi Əli Əhmədov ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanı partiyanın mənzil-qərargahında qəbul edib.

 

YAP-dan APA-ya verilən məlumata görə, görüşdə Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında qarşılıqlı əməkdaşlıq münasibətlərinin mövcud durumu və inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.

 

Görüşdə qeyd olunub ki, üst-üstə düşən maraqlar iki ölkə arasında əlaqələrin bundan sonra da inkişafına töhfə verəcək. Tanışlıq xarakteri daşıyan görüşdə Ə. Əhmədov YAP-ın ölkənin ictimai-siyasi həyatında yeri və gələcək fəaliyyəti barədə qonağa ətraflı məlumat verib.

 

Görüşdə YAP icra katibinin müavini, MM-in deputatı Siyavuş Novruzov və ABŞ səfirliyinin siyasi müşaviri Syusan Çesli iştirak ediblər.

 

Apa.az