Azərbaycan Avropa Şurasının “Terrorçuluğun qarşısının alınması haqqında” Konvensiyasını təsdiq etdi

Posted by

Azərbaycan Avropa Şurasının "Terrorçuluğun qarşısının alınması haqqında" Konvensiyasını təsdiq etdi

 

Azərbaycan Avropa Şurasının “Terrorçuluğun qarşısının alınması haqqında” Konvensiyasını təsdiq etdi

Azərbaycan Avropa Şurasının "Terrorçuluğun qarşısının alınması haqqında" Konvensiyasını təsdiq etdi

 

Milli Məclis Avropa Şurasının “Terrorçuluğun qarşısının alınması haqqında” Konvensiyasını təsdiq edib.

Trend xəbər evrir ki, parlamentin bu gün keçirilən iclasında sənəd barədə məlumat verən Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədri, Milli Məclis sədrinin 1-ci müavini Ziyafət Əsgərov bildirib ki, onun əsas mahiyyəti üzv ölkələr arasında daha sıx birliyə nail olmaq, terrorçuluğun qarşısının alınması, xüsusən də terrorçuluq cinayətlərinin törədilməsinə yönələn açıq çağırışlara, terrorçuluğa cəlbetmə və terrorçuların hazırlanmasına qarşı mübarizə aparılması üçün effektiv tədbirlərin həyata keçirilməsindən ibarətdir.

 

Sazişə qoşulan ölkələr terrorçuluq cinayətlərinin törədilməsinin qarşısının alınmasında öz imkanlarının təkmilləşdirilməsi, qabaqlayıcı xarakterli digər birgə səylərlə yanaşı, ən yaxşı təcrübələrini bölüşmək, məlumat mübadiləsi aparmaq istiqamətində bir-birini dəstəkləyəcəklər.

 

Sənəddə terrorçuluqla əlaqəsi olan hüquqi şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, sanksiyaların və digər tədbirlərin tətbiqi nəzərdə tutulur. Konvensiyada terror qurbanları üçün müdafiə, kompensasiya və dəstək tədbirlərinin həyata keçirilməsi də öz əksini tapıb.

 

Z.Əsgərov qeyd edib ki, dövlətlər, ölkələr terrorizmə qarşı sözdə yox, əməldə mübarizə aparmalıdır: “Elə dövlətlər var ki, terror onların qapısını döyməyənə kimi terrorizmə qarşı mübarizəyə barmaqarası yanaşır. Ona görə də həmin ölkələri sözdə yox, əməldə mübarizəyə çağırıram”.

 

Trend.az