Azərbaycan ATƏT PA-nın payız sessiyasında ATƏT-in Minsk Qrupunun fəaliyyəti ilə bağlı məsələ qaldıracaq
ATƏT Parlament Assambleyasının (PA) payız sessiyası oktyabrın əvvəlində Cenevrədə keçiriləcək.
Bunu APA-ya açıqlamasında Azərbaycanın ATƏT PA –d a nümayəndə heyətinin rəhbəri, Milli Məclisin sədr müavini Bahar Muradova bildirib.
O qeyd edib ki, sessiyanın konkret günü və gündəliyi hələ ki məlum deyil: “Amma ehtimal var ki, Bakı sessiyasında müzakirə olunan məsələlər yenidən qayıdılacaq. Çünki oradakı əksər məsələlər hələ həllini tapmayıb”.
B.Muradova onu da deyib ki, sessiyada ATƏT-in Minsk Qrupunun fəaliyyəti və Qarabağ problemi ilə bağlı qurumun Bakı sessiyasında başladılan işin nəticələrinə də nail olunmağa çalışılacaq: “Bura nəinki Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun ATƏT-in Minsk Qrupunun sessiyada hesabat verməsi təklifi, eyni zamanda hansısa sənədin qəbul olunmasına nail olmaq da aiddir”.
Apa.az