Azərbaycan ATƏT PA-nın müşahidə missiyasını parlament seçkilərinə dəvət edib
Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov ATƏT Parlament Assambleyasının (PA) prezidenti İlkka Kanervaya məktub göndərib.
Bu barədə APA-ya açıqlamasında Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Bahar Muradova bildirib.
O. Əsədovun məktubunda ATƏT PA-nın müşahidə missiyası bu il Azərbaycanda keçiriləcək parlament seçkilərini izləmək üçün dəvət olunur.
B. Muradova qeyd edib ki, ATƏT PA-nın iyulun 5-9-da Helsinkidə keçiriləcək illik sessiyasında bu məsələ açıq elan olunacaq və parlamentarilərdən müşahidəçi olaraq kim iştirak etmək istəyəcəksə, qeydə alınacaq: “Təbii ki, ATƏT PA-nın müşahidə missiyası bizim dəvətimiz əsasında parlament seçkilərində iştirak edəcək”.
Apa.az