Azərbaycan ATƏT PA-da 15 yaşlı Cavid Məmmədovun ermənilər tərəfindən girov götürülməsi faktını qaldıracaq

Posted by

Azərbaycan ATƏT PA-da 15 yaşlı Cavid Məmmədovun ermənilər tərəfindən girov götürülməsi faktını qaldıracaqAzərbaycan ATƏT PA-da 15 yaşlı Cavid Məmmədovun ermənilər tərəfindən girov götürülməsi faktını qaldıracaq

Azərbaycan ATƏT PA-da 15 yaşlı Cavid Məmmədovun ermənilər tərəfindən girov götürülməsi faktını qaldıracaq

Azərbaycan tərəfi ATƏT Parlament Assambleyasının (PA) Cenevrədə keçiriləcək payız sessiyasında Ermənistanın avqustun əvvəlində cəbhə xəttində törətdiyi təxribat və Tərtər istiqamətində 15 yaşlı Cavid Məmmədovun girov götürülməsi faktını qaldıracaq.

 

Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri, Milli Məclisin sədr müavini Bahar Muradova APA-ya açıqlamasında bildirib ki, bu, konkret narahatedici faktlardır və münaqişənin davam etməsinin nə qədər ağır olmasının sübutu kimi göstəriləcək.

 

B.Muradova qeyd edib ki, sessiyanın mövzusu təhlükəsizliklə bağlı olduğu üçün bu mövzu ətrafında bütün müzakirələrdə regional təhlükəsizlik, Azərbaycanın məruz qaldığı münaqişə, təmas xəttində baş verən insidentlər və danışıqlar prosesinin indiki durumu, bununla bağlı ATƏT-in fəaliyyətinə münasibət və s. diqqətdə olacaq: “Bu sessiyada müzakirəyə çıxarılan məsələlər yayda keçiriləcək illik sessiyada qəbul olunacaq hansısa sənədlər üçün çox vacibdir və bu baxımdan bu sessiyadakı müzakirələrin önəmi çoxdur”.

 

Apa.az