Azərbaycan Amerika Alyansı Xocalı tanıtım aksiyasına başladı

Posted by

Azərbaycan Amerika Alyansı Xocalı tanıtım aksiyasına başladı

Azərbaycan Amerika Alyansı Xocalı tanıtım aksiyasına başladı

Azərbaycan Amerika Alyansı Xocalı tanıtım aksiyasına başladı

Azərbaycan Amerika Alyansı Amerikada ənənəvi Xocalı tanıtım aksiyasına start verir.

 

 

Qafqazinfo.az saytı Oxu.az-a istinadən xəbər verir ki, ABŞ-da fəaliyyət göstərən Azərbaycan Amerika Alyansı (AAA) Xocalı soyqırımı ilə bağlı ənənəvi geniş maarifləndirmə kampaniyasına start verir. Alyansın təsisçisi Anar Məmmədovun təşəbbüsü ilə “XOCALI…Azərbaycana qarşı Bəşər Faciəsi” başlığı altında yüzlərlə məlumatlar Vaşinqton və Nyu-York şəhərlərinin metro stansiyalarına, avtobus dayanacaqlarına, meydanlara yerləşdirilir. Mobil proyeksiya vasitəsilə Xocalı soyqırımı haqda məlumatlar mərkəzi küçələrdə yerləşən binaların divarları üzərində əks olunur.

 

“Azərbaycan Amerika Alyansı artıq üçüncü ildir ki, ABŞ-da Xocalı soyqırımını tanıtım kampaniyasını həyata keçirir. Aksiyanın növbəti dəfə keçirilməsində məqsəd nəinki Azərbaycan, hətta dünya tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımını tam miqyası ilə okeanın o tayında tanıtmaqdır. Hesab edirəm ki, amerikalılar 22 il bundan öncə Azərbaycanda, Xocalıda baş verən bu dəhşətlərdən xəbərdar olmalı, bu soyqırımı tanımalıdır. Azərbaycan Amerika Alyansı olaraq okeanın o tayında ölkəmizin qeyri-maddi irsini, milli-mənəvi, əxlaqi dəyərlərimizi təbliğ etdiyimiz kimi, müasir tariximizi də tanıtmalı, müstəqilliyimizə aparan yolda hansı məşəqqətlərdən keçdiyimizi bəyan etməliyik. Bu kampaniya çox geniş auditoriyanı əhatə etmək iqtidarındadır və əminəm ki, bu kampaniyadan sonra daha da çox insan Xocalı soyqrımı, Azərbaycan həqiqətləri haqqında məlumatlanacaqdır”, – deyə AAA-nın təsisçisi Anar Məmmədov bildirib oxu.az-a müsahibəsində bildirib.

 

İctimai maarifləndirmə kampaniyası bir neçə həftə ərzində davam edəcək. Ənənəvi mətbuat vasitələri olaraq, qəzetlərdə məqalə və redaktə qeydləri yer aldığı halda Facebook, Twitter və Youtube kimi sosial şəbəkələrdə də yazılar dərc olunacaq və müzakirələr aparılacaqdır. Aksiyanın gedişatı, video- və foto-hesabatlar, məqalə, redaktə qeydləri, hadisələrə dair məlumat və kampaniyanın sosial şəbəkə komponentlərinə keçidlərini Azərbaycan – Amerika Alyansının aşağıdakı İnternet səhifəsindən əldə etmək olar: www.azerbaijanamericaalliance.org.

 

Fevralın 11-dən start götürəcək kampaniya Vaşinqton və Nyu-York ştatlarını əhatə edəcək. nəqliyyatın gur olduğu ərazilərdə, metro stansiyalarında plakatlar yerləşdiriləcək, Nyu-Yorkun məşhur Tayms meydanında quraşdırılan monitorlarda Xocalı soyqırımı haqda məlumatın əks olunduğu banner nümayiş olunacaq. Bir sira təhsil müəssisələrində Xocalı qurbanlarını anım tədbirləri keçirilməsi də nəzərdə tutulub.

 

Azərbaycan Amerika Alyansı ABŞ-da fəaliyyət göstərən bitərəf, qeyri-kommersiya təşkilatı olub, Amerikada Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, təhsili, idmanı, iqtisadiyyatının təbliği istiqamətində çalışır. Alyansın missiyasına Azərbaycan və Amerika xalqları arasında qarşılıqlı anlaşma və hörmət mühitinə dəstək təmin etmək daxildir. Alyans akademik müzakirələr, mədəni proqramlar və siyasi söhbətlər vasitəsilə Azərbaycanla Amerika arasında davamlı tərəfdaşlığın təşviqi ilə məşğul olan əsas təşkilata çevrilmək niyyətindədir.

 

Qafqazinfo.az