Azad Rəhimovun növbəti qəbul tarixi açıqlandı

Posted by

Azad Rəhimovun növbəti qəbul tarixi açıqlandıAzad Rəhimovun növbəti qəbul tarixi açıqlandı

Azad Rəhimovun növbəti qəbul tarixi açıqlandı

Gənclər və idman naziri Azad Rəhimov noyabrın 7-də Lənkəran şəhərində vətəndaşları qəbul edəcək.

Gənclər və İdman Nazirliyindən Trend-ə verilən məlumata görə, qəbulda Lənkəran şəhər, Astara, Cəlilabad, Lerik, Masallı və Yardımlı rayon sakinləri iştirak edəcəklər.

Qəbul saat 11:00-da Heydər Əliyev Mərkəzində (Lənkəran şəh, Şirəli Axundov küçəsi, İcra Hakimiyyətinin yanı) başlayacaq. Qəbul üçün vətəndaşların qeydiyyatı noyabrın 6-dək saat 09:00-dan 18:00-dək aparılacaq. Xatırladaq ki, qəbula gəlmək istəyən vətəndaşlar rayonların gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.

 

Trend/az