Azad Rəhimov Qəbələdə vətəndaşları qəbul edəcək

Posted by

Azad Rəhimov Qəbələdə vətəndaşları qəbul edəcəkAzad Rəhimov Qəbələdə vətəndaşları qəbul edəcək

Azad Rəhimov Qəbələdə vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri Azad Rəhimov noyabrın 24-də Qəbələdə vətəndaşları qəbul edəcək.

 

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Qəbələ, Balakən, Oğuz, Qax, Şəki, Zaqatala və İsmayıllı rayon sakinlərinin iştirak edəcəkləri qəbul saat 11:00-da Qəbələ Mədəniyyət Mərkəzində baş tutacaq.

 

Qəbul üçün vətəndaşların qeydiyyatı noyabrın 24-dək saat 09:00-dan, 18:00-dək aparılacaq.

 

Qeyd edək ki, qəbula gəlmək istəyən vətəndaşlar sözügedən rayonların gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.

 

Apa.az