Azad Rəhimov: “Azərbaycanda “Formula 1” yarışlarının 2016-cı ildə keçirilməsi planlaşdırılır”

Posted by

“Hazırda diqqət 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarına yönəlib”

“Ölkənin bütün idman cəmiyyətləri, idman sahəsində fəaliyyət göstərən insanlar və qurumlar öz qüvvələrini 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarına yönəldib və bu iş davam edir”. APA-nın məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, Azərbaycan oyunların keçirilməsinə tam hazır olacaq: “Bizi 2015-ci ildə ən böyük, ən məhtəşəm bir tədbir olan ilk Bakı Avropa Oyunları gözləyir. Biz həqiqətən də inanırıq ki, gələn il həmin vaxt oyunları keçirməyə tam hazırlıqlı olacağıq və əminik ki, ən gözəl, ən möhtəşəm oyunlar Bakıda keçiriləcək”.

Azərbaycanda “Formula 1” yarışlarının keçirilməsinə toxunan nazir qeyd edib ki, bununla bağlı altı aydan artıqdır danışıqlar aparılır: “Düşünürəm ki, artıq son mərhələdir. İmza atılanda elan olunacaq. Yarışın 2016-cı ildə keçirilməsi planlaşdırılır”.

Qeyd edək ki, 5 mart Azərbaycanda bədən tərbiyəsi və idman günü kimi qeyd edilir. Bununla əlaqədar başda nazir Azad Rəhimov olmaqla Gənclər və İdman Nazirliyinin kollektivi Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət ediblər.

Apa.az