Azad Rəhimov Şamaxıda vətəndaşları qəbul edib

Posted by

Azad Rəhimov Şamaxıda vətəndaşları qəbul edib

Azad Rəhimov Şamaxıda vətəndaşları qəbul edib

Azad Rəhimov Şamaxıda vətəndaşları qəbul edib

Gənclər və idman naziri Azad Rəhimov bu gün Şamaxı, Abşeron, Qobustan, Xızı rayonları və Sumqayıt şəhərindən olan vətəndaşları qəbul edib.

 

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 40-a yaxın vətəndaşın iştirak etdiyi görüş Şamaxı Olimpiya İdman Kompleksində baş tutub.

 

20-ə yaxın müraciət Olimpiya İdman Komplekslərinin, idman zallarının tikintisi və təmiri, stadionların və idman qurğularının idman avadanlıqları ilə təchiz edilməsi, fəxri adların verilməsi, 20-dən artıq müraciət isə gənclər mərkəzlərinin tikintisi və təmiri, ipoteka kreditlərinin verilməsi, sahibkarlara güzəştli kreditlərin verilməsi, gənclərin qeyri-hökumət təşkilatlarının yaradılması və digər mövzularla bağlı olub.

 

Bəzi məsələlər yerində həllini tapıb, araşdırılması tələb edən məsələlər isə nəzarətə götürülüb.

 

Apa.az