Azad Rəhimov Ağcabədidə vətəndaşları qəbul edəcək
Gənclər və idman naziri Azad Rəhimov iyunun 24-də Ağcabədi rayonunda vətəndaşları qəbul edəcək.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəbulda Ağcabədi, Beyləqan, Biləsuvar və İmişli rayonlarının sakinləri iştirak edəcək.
Qəbul saat 11:00-da Ağcabədi Gənclər Mərkəzində (Ağcabədi şəhəri Heydər Əliyev prospekti Şahmat Məktəbinin yanı) başlanacaq.
Qəbul üçün vətəndaşların qeydiyyatı iyunun 17-dən 23-dək saat 09:00-dan 18:00-dək aparılacaq.
Qəbula gəlmək istəyənlər yaşadıqları rayonların Gənclər və İdman idarələri ilə əlaqə saxlamalıdırlar.
Apa.az